Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan millisinin heyətində daha iki idmançı fəxri kürsüyə qalxıb.
Offsideplus.az xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan Zelim Tçkayev və Ömər Rəcəbli yarışı medalla başa vurublar.
Z.Tçkayev həlledici final qarşılaşmasında gürcüstanlı Tato Qriqalaşvili ilə üz-üzə gəlib. Rəqibinə uduzan təmsilçimiz dünya çempionatının gümüş medalına yiyələnib.
Eyni çəki dərəcəsində bürünc medal uğrunda görüşə çıxan Ö.Rəcəbli isə Qazaxıstan idmançısı Abilayxan Zubanazara qalib gələrək turnirin bürünc mükafatına sahibi olub.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan cüdoçularından Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) isə bürünc medal qazanıblar.


