İngiltərə millisinin və "Mançester Yunayted"in sabiq müdafiəçisi Rio Ferdinand keçmiş komanda yoldaşı Kriştiano Ronalduya dəstək nümayiş etdirib.
Offsideplus.az xəbər verir ki, Ferdinand sosial şəbəkə hesabında The Mirror nəşrinin Ronaldu haqqında yazdığı məqaləni paylaşaraq, portuqaliyalı hücumçunun futbol və ölkəsi üçün etdiklərini vurğulayıb. "Narsis? Futbola və öz ölkəsinə bu qədər töhfə vermiş bir insan üçün dəli bir ifadədir. Harri Brent, bunu ağlından çıxar!" – deyə Ferdinand qeyd edib.


