"Barselona" Lionel Messinin Argentina millisində karyerasını başa vurmasına həsr olunmuş paylaşım edib.
Offsideplus.az xəbər verir ki, sabiq hücumçu dünən Benin yığmasına qarşı keçirilən vida oyununda (3:0) Argentina millisinin formasını son dəfə geyinib.
Kataloniya klubu paylaşımında bildirib: "2008-ci ildə Pekində qazandığın olimpiya qızıl medalından unudulmaz karyerana qədər – sən 'albiseleste' ilə hər mərhələdə tarix yazdın. Təbrik edirik, Leo! Sən Argentina millisinin formasını daha da əfsanəvi etdin!"


