"Mersedes"in pilotu Corc Rassell Sinqapur Qran-prisində start torunda yer cəzası alacaq.
Offsideplus.az xəbər verir ki, buna səbəb britaniyalı sürücünün Malayziyadakı "Sepanq" trasında keçirilən yarışda yarışı yarımçıq saxlamasından sonra mühərrikin dəyişdirilməsinin məcburi olmasıdır.
Almaniya komandası məlumatı rəsmən təsdiqləyib.
Qeyd edək ki, C. Rassell hazırda çempionatda 236 xalla 2-ci yerdədir. Onun komanda yoldaşı Kimi Antonelli isə 320 xalla liderdir.


