İngiltərə millisinin hücumçusu Harri Keyn Çexiya üzərində 3:0 hesablı qələbədən sonra fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, komandasının kapitanı "Uembli"də keçirilən qarşılaşmada dubl etməklə yadda qalıb. "Bəli, bu, həm mənim üçün, həm də komanda üçün ideal axşam idi. Toplanış asan keçmədi, lakin onu "Uembli"də belə bir qələbə ilə başa vurmaq xoş oldu. Belə axşamlarla qürur duymaq olar. Bu gün İngiltərə millisi fantastik futbol nümayiş etdirdi. Hücumçu kimi həmişə belə imkanlar axtarırsan".
Dörd oyunluq seriya barədə Keyn bildirib: "Hər şey ilk oyundan başladı – nəticə [İspaniya ilə 2:3] istədiyimiz kimi olmasa da, o vaxtdan bəri irəliləmişik. Böyük turnirdən sonra yenidən formaya qayıtmaq heç vaxt asan olmur, amma biz öz oyunumuzu tapdıq və bu, ən vacibidir".
Heyətdə rəqabət barədə isə Keyn deyib: "Bu, İngiltərə millisidir. Heyətdə yer uğrunda rəqabət həmişə olacaq. Əsas olan yaranan imkanlardan istifadə etməkdir. Hər kəs komandanın bir hissəsi olmaq istəyir və bu, bizi yalnız daha güclü edəcək".


