"Bayern Münhen" gələn mövsüm üçün qapıçı mövqeyində ciddi dəyişikliklərə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, Almaniya nəhəngi Manuel Noyerin karyerasını bitirməsindən sonra komandanın əsas qapıçısı ("1 nömrə") rolunu Yonas Urbiqə həvalə etməyi planlaşdırır.

Münhen təmsilçisi Urbiqin arxasında ehtiyat qapıçı kimi çıxış edəcək təcrübəli çərçivə qoruyucusu axtarışındadır.

Klub gənc və baha başa gələn oyunçu əvəzinə, təcrübəli bir adama üstünlük vermək niyyətindədir.

Bu məqsədlə onların transfer siyahısına 7–8 qapıçının adı daxil edilib.

Namizədlər arasında "Hoffenhaym"ın 34 yaşlı təcrübəli əlcək sahibi Oliver Baumannın da olduğu bildirilir.