Alcameyn Stirlinq Dağıstanda məşq etmək arzusunda olduğunu bildirib.
Offsideplus.az xəbər verir ki, Stirlinq bu barədə danışarkən İslam Maxaçevin tez-tez döyüşçüləri dəvət etdiyini, lakin amerikalı idmançıların bu təklifə razılıq vermədiyini qeyd edib. "Mən böyük məmnuniyyətlə Dağıstana gedərdim. İslam döyüşçüləri dəvət edir, amma amerikalılar razılaşmır. O, Demetrius Consonu, Daniel Kormyeni çağırıb. Onların uşaqları var, ona görə də gedə bilmirlər. Əgər mənə belə bir təklif gəlsəydi... İki-üç il yox, amma bir neçə həftəlik getmək istərdim", – deyə Stirlinq vurğulayıb.
Qeyd edək ki, Stirlinq 21 noyabrda Qətərdə keçiriləcək UFC turnirində əsas döyüşdə İri Proxazka ilə qarşılaşacaq.


