FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, Azərbaycan yığması yeni siyahıda bir pillə geriləyərək 1138,96 xalla 127-ci sıraya enib.
Yığmamız son 4 qarşılaşmada məğlubiyyət üzü görməsə də (2 qələbə, 2 heç-heçə), bu nəticələr mövqeyini qorumağa kifayət etməyib.
Qeyd edək ki, komandamız yoldaşlıq görüşündə Tacikistanı üstələyib (1:0), UEFA Millətlər Liqasında isə səfərdə Litva ilə (1:1), Bakıda isə Lixtenşteynlə (0:0) xalları yarı bölüb. Seçməmiz son matçında isə doğma azarkeşləri önündə Litvanı minimal hesabla məğlub edib (1:0).
Cədvəlin zirvəsində isə İspaniya seçməsi 2011,57 xalla liderliyini sürdürür. İkinci pillədə Argentina (1972,80 xal), üçüncü sırada isə Fransa (1958,86 xal) qərarlaşıb.
Foto: AFFA


