"Atletiko"nun sabiq qapıçısı və məşqçisi Herman Burgos Lionel Messinin karyerası və futbola verdiyi töhfəyə görə "Qızıl top" mükafatına layiq olduğunu deyib.
Offsideplus.az xəbər verir ki, 39 yaşlı hücumçu Argentina millisində vida oyununda Benin yığmasına qarşı penalti zərbəsindən fərqlənib və komandasının 3:0 hesablı qələbəsində pay sahibi olub.
Burgos bildirib: "Əlbəttə, Lamin Yamal da bu mükafatı qazana bilərdi, amma əvvəlcə Messi. Bu oğlan da buna layiqdir, axı onun 39 yaşı var, uşaqlar".


