Amerikalı MMA döyüşçüsü Dastin Puarye dostuna çəki limitinə düşməkdə necə kömək etdiyini xatırlayıb. O bildirib ki, dostunun çəkisi normadan artıq olub və çəkiölçmə zamanı ona yardım edib.
Offsideplus.az xəbər verir ki, Puarye bu barədə belə danışıb: "Onun çəkisi artıq idi. Dəsmal hazırladıq, o isə tam soyundu. Mən də dəsmalın arxasında onunla birgə dayandım. Dostumun arxasından tutub bir az qaldırdım və beləliklə, çəkiyə düşməsinə kömək etdim". Qeyd edək ki, Dastin Puarye MMA karyerasını 2025-ci ilin iyulunda Maks Holloueyə məğlubiyyətdən sonra başa vurub.


