Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç baş məşqçi Jorje Jezuşla münaqişədən sonra Portuqaliya yığmasının düşərgəsini tərk edən Kriştianu Ronaldu haqqında danışıb.

Offsideplus.az xəbər verir ki, təcrübəli futbolçu sabiq komanda yoldaşına dəstək olub:

"Baş verənlər rüsvayçılıqdır. Kriştianu istər milli karyerasını davam etdirmək, istərsə də layiqincə vidalaşmaq baxımından ədalətli qərarı haqq edir. O, böyük bir vida matçına layiqdir. Ronaldu Portuqaliya tarixinin ən böyük futbolçusudur".