Noyabrın 25-də “Barselona” UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Sabah”ın qonağı olacaq.
Offsideplus.az xəbər verir ki, qarşılaşma öncəsi keçirilən mətbuat konfransında Kataloniya təmsilçisinin futbolçusu Frenki De Yonq jurnalistlərin suallarını cavablandırıb.
Niderlandlı yarımmüdafiəçi qarşılaşma barədə danışarkən bildirib.
De Yonq zədəsi və kapitanlığının əlindən alınması ilə bağlı suala belə cavab verib:
“Bu haqda çox danışmaq istəmirəm. Özümü çox yaxşı hiss edirəm. Başqa heç nə barədə danışmaq istəmirəm”.
Universallığı və start heyətinə qayıtmaq ehtimalı barədə isə yarımmüdafiəçi bunları deyib:
“Özümü çox yaxşı hiss edirəm. Özümə güvənirəm. Görək, necə olacaq. Əlimdən gələni etməyə çalışacağam. Start heyətinə qayıtmaq üçün əlimdən gələni edəcəyəm”.
Lamin Yamalın yoxluğuna münasibət bildirən De Yonq bildirib:
“Lamin kimi oyunçunun yoxluğu hiss olunacaq. O, çox istedadlıdır. Onu əvəz edərək qalib gəlmək iqtidarındayıq”.
Qeyd edək ki, Lamin Yamal sağ ayaq biləyindəki narahatlıq səbəbindən Bakıda keçiriləcək qarşılaşmanı buraxacaq.


