Azərbaycan U-21 milli komandası bu gün 2027-ci ildə baş tutacaq Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirəcək.
Offsideplus.az xəbər verir ki, onların rəqibi Cəbəllütarriq olacaq.
İlk oyunda onları səfərdə 1:0 hesabı ilə məğlub etmişdik.
Azərbaycan U-21 9 turdan sonra 7 xalla 5-ci yerdədir. Cəbəllütarriq isə xalsızdır.
Qələbə qazanılacağı təqdirdə, yığmamız seçmə mərhələlər tarixinin xal rekordunu yeniləyəcək.
U-21 AÇ-2027 seçmə mərhələ, B qrupu
17:45 Azərbaycan U-21 - Cəbəllütarriq U-21
Əlincə stadionu


