"Los Anceles Leykers" ikinci yoxlama oyununda "Qolden Steyt Uorriors"a 98:124 hesabı ilə uduzub. Komandanın əsas oyunçuları bu qarşılaşmada iştirak etməsə də, baş məşqçi Cey Cey Redik ilk hissədə buraxılan 81 xalı və xüsusilə birinci hissədəki zəif çıxışı qəbuledilməz adlandırıb.

Offsideplus.az xəbər verir ki, Redik oyundan sonra belə danışıb: "Oyunun əvvəlindəki çıxışımız inanılmaz dərəcədə zəif idi. Açıq deyim, bu tamamilə qəbuledilməzdir. Son iki ayda kollektiv çox yaxşı təsir bağışlamışdı, amma bu dəfə fərqli oldu. İkinci hissəyə başlayan beşlik, xüsusilə Adu Tiyero və Ceyk Larevia yaxşı təsir bağışladı. Biz yenidən kontaktlı basketbola qayıtdıq. Ulduz oyunçular olmadan da kifayət qədər oyun keçirmişik, amma yenə də qələbə gözləyirəm və komandanın öz səviyyəsində çıxış etməsini istəyirəm. İlk hissədəki oyun gözləntilərimizdən çox uzaq idi və bunu oyunçulara çatdıracağam. Hər kəs məsuliyyəti üzərinə götürməlidir. Əminəm ki, onlar bunu anlayacaqlar".