İspaniya millisinin yarımmüdafiəçisi Mikel Merino Millətlər Liqasının 4-cü turunda Xorvatiya ilə oyunda dubl edib. O, 46-cı dəqiqədə meydana daxil olub və komandasının 2:1 hesablı qələbəsində pay sahibi olub.
Offsideplus.az xəbər verir ki, "Arsenal"ın 30 yaşlı futbolçusu 2025-ci ildən bəri milli komanda ilə 16 oyunda əvəzetmədən meydana çıxaraq 6 qol vurub. Bu göstərici Avropa yığmaları arasında ən yüksək nəticədir.
Ümumilikdə, Merino baş məşqçi Luis de la Fuente dövründə ehtiyatdan oyuna qoşulan futbolçular arasında İspaniya millisində ən çox qol vuran oyunçudur – onun hesabında 7 belə qol var.


