Lionel Messi Argentina millisindəki vida oyunundan sonra komanda daxilində birliyin vacibliyini vurğulayıb.
Offsideplus.az xəbər verir ki, Benin üzərində 3:0 hesablı qələbədən sonra Messi bunları deyib:
"Bu gün karyeramın bəlkə də ən kədərli günüdür – milli komandadan və sizdən ayrılıram. Milli komandanın formasını qorumaq imkanını itirəcəyim üçün darıxacağam, amma indi sizinlə birgə, oğlanlarımızı dəstəkləyəcəyəm, nə olursa-olsun. Biz həmişə bir yerdəyik. Dəfələrlə sübut olunub ki, birləşəndə və vahid komanda kimi çıxış edəndə hamıdan güclü oluruq və istənilən çətinliyi aşa bilirik. Qarşıda çətin günlər olacaq, çünki bu illər ərzində əldə etdiklərimiz fövqəladədir. Belə anlarda komandamıza hər zamankından daha çox dəstək olmalıyıq. Həmişə uşaqlara dediyim və sonuncu söhbətimizdə də vurğuladığım kimi: böyük məqsədlərə çatmaq üçün güclü, birləşmiş kollektiv yaratmaq lazımdır, çünki komandamızın uğursuzluğunu arzulayanlar var. Onlara bu sevinci yaşatmamalıyıq. Əsl komanda xarakteri məhz çətin anlarda üzə çıxır. Birlik olmadan uğur qazanmaq çox çətindir. Əminliklə deyə bilərəm ki, biz möhtəşəm kollektiv idik – məhz buna görə bu qədər nailiyyət əldə etdik. Açığı, bu gün hər zamankından çox danışıram. Getmək istəmirəm, meydanı tərk etmək istəmirəm. Sadəcə demək istəyirəm ki, hamınızı sevirəm, darıxacağam və Tanrıya minnətdaram ki, argentinalıyam – bununla fəxr edirəm və arzularımı sizinlə birgə reallaşdıra bildim. Çox sağ olun, sizi sevirəm."


