Mikel Arteta "Arsenal"ın baş məşqçisi kimi fəaliyyətini davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, ispaniyalı mütəxəssis London klubu ilə müqaviləsini 2030-cu ilə qədər uzadıb. Eyni müddətə Artetanın məşqçi heyətinin də müqavilələri yenilənib.
Arteta 2019-cu ilin dekabrından "Arsenal"a rəhbərlik edir. Onun dövründə komanda 5 kubok qazanıb. Bunlara 2026-cı ildə İngiltərə çempionluğu, 2020-ci ildə İngiltərə Kuboku və üç dəfə ölkə Superkuboku (2020, 2023, 2026) daxildir.
Artetanın rəhbərliyi altında "Arsenal" bütün turnirlərdə 361 oyunda iştirak edib və 224 qələbə qazanıb. Bu, klubun tarixində daimi baş məşqçilər arasında ən yüksək göstəricidir – 62,05 faiz.


