"Barselona", "Çelsi" və İspaniya milli komandasının sabiq hücumçusu Pedro Rodriges peşəkar futbolçu karyerasını başa vurub.
Offsideplus.az xəbər verir ki, zəngin titul kolleksiyasına sahib olan 39 yaşlı ispaniyalı vinger yaşıl meydanlarla rəsmən vidalaşıb.
Karyerası ərzində qazanıla biləcək bütün əsas titulları başı üzərinə qaldıran Pedro həm milli, həm də klub səviyyəsində unikal uğurlara imza atıb.
O, karyerası ərzində dünya çempionatı, Avropa Çempionatı, UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası, UEFA Superkuboku, Klublararası Dünya Çempionatı, İspaniya La Liqası, İspaniya Kral Kuboku, İspaniya Superkuboku, İngiltərə Premyer Liqası və İngiltərə Kubokunun qalibi olub.


