"Fənərbağça"nın keçmiş idman direktoru Emre Belözoğlu Arda Gülerin İstanbul klubunun əsas heyətinə yüksəlmə prosesi barədə maraqlı açıqlama verib.

Offsideplus.az xəbər verir ki, mütəxəssis gənc ulduzun kəşf olunma anını və bu mövzuda tez-tez səslənən iddialara münasibətini belə ifadə edib:

"Mən "Fənərbağça"da idman direktoru işləyərkən Tahir hoca çox yaxşı bir oyunçumuzun olduğunu dedi və Arda Güleri izləməyə getdik. Onu cəmi 45 dəqiqə izlədim və dərhal əsas komandaya qalxmalı olduğunu bildirdim.

Bəlkə də çox klişe səslənəcək, Türkiyədə "onu mən üzə çıxardım, mən oynatdım" kimi sözlər çox deyilir... Lakin Ardanı üzə çıxaran da, oynadan da "Fənərbağça" oldu".