Almaniyanın "Bavariya" klubu və cinah oyunçusu Maykl Olise yeni müqavilə çərçivəsində 200 milyon avroluq nəhəng sərbəstqalma bəndini müzakirə edə bilərlər.
Offsideplus.az xəbər verir ki, Münhen təmsilçisi müqaviləyə belə bir bəndin daxil edilməsinin əleyhinədir. Lakin Olise razılaşmada bu bəndin yer alması üçün təkid göstərə bilər.
Danışıqların növbəti mərhələsinin məhz bu böyük rəqəm ətrafında aparılacağı gözlənilir.


