Maliyyə qayda pozuntuları ilə bağlı ittihamlar üzrə apellyasiya prosesini davam etdirən "Mançester Siti"nin keçmiş müdafiəçisi Kayl Voker klubun qazandığı kuboklar barədə açıqlama verib.
Offsideplus.az xəbər verir ki, komandanın keçmiş üzvü klubun hazırkı vəziyyəti fonunda öz mövqeyini açıq şəkildə ifadə edərək bildirib:
"Onlar qazanılan həmin kubokları əlimizdən ala bilməzlər."
Xatırladaq ki, klub maliyyə qaydalarının pozulması ilə bağlı çıxarılan hökmdən apellyasiya şikayəti verir, lakin komandanın keçmiş oyunçusu qazanılan uğurların heç bir qərarla kölgədə qala bilməyəcəyini vurğulayıb.


