Canluici Donnarummanın agenti Enzo Rayola "Mançester Siti" ətrafındakı durumun qapıçı üçün heç nəyi dəyişməyəcəyini bildirib.
Offsideplus.az xəbər verir ki, agent klubdakı son xaos və vəziyyətlə bağlı açıqlamasında klub rəhbərliyinin futbolçuya təminat verdiyini vurğulayıb:
"Mançester Siti"dəki xaos nəsə dəyişəcəkmi? Xeyr, bizim və ya Cici üçün heç nə dəyişməyəcək. Dövri olaraq müxtəlif xəbərlər yayılır.
Klub Cici ilə danışıb və hər kəs sakitdir. İndi qarşıda "Liverpul" və "Paris Saint-Germain"ə qarşı mühüm oyunlar var, bundan sonra isə idman ədaləti öz yolunu tapacaq.
Lakin Cici "Mançester Siti"dən lazımi təminatları alıb..."


