"Real Madrid" "Yuventus"da çıxış edən Türkiyə millisinin üzvü Kenan Yıldızı yaxından izləyir.
Offsideplus.az xəbər verir ki, Madrid təmsilçisinin prezidenti Florentino Peres gənc futbolçunun çıxışını çox bəyənir və onu klubun gələcək transfer planları üçün potensial namizəd hesab edir.
İspaniya nəşrlərinin məlumatına görə, "kral klubu"nun skautları 21 yaşlı futbolçunun həm İtaliya A Seriyasındakı, həm də beynəlxalq arena matçlarındakı çıxışını mütəmadi olaraq diqqətdə saxlayırlar.


