UFC-nin orta çəki dərəcəsində çıxış edən Şon Striklend MMA-dan boks idmanına keçidi nəzərdən keçirdiyini bildirib. O, son açıqlamasında bildirib ki, ağır məşqlər səbəbindən bədəni artıq əvvəlki kimi dözümlü deyil və ürəyi MMA-da deyil.
Offsideplus.az xəbər verir ki, Striklend zədə problemlərinin onu bu qərara yaxınlaşdırdığını deyib: "Dostlar, bir az pərişanam, çünki bədənim dağılır. Qarışıq döyüş növlərində məşqlər çox ağırdır. Ürəyim artıq MMA-da deyil. Qasıq bağımda qopma, akromioklavikulyar oynağımda zədə var. Ürəyim MMA-dan soyuyub. Boksa keçsəm, həm daha çox qazanc əldə edə bilərəm, həm də bu idman növü daha asandır. Sabah UFC ilə danışıb Zuffa-nın mənə nə təklif edə biləcəyini öyrənəcəyəm". Qeyd edək ki, daha əvvəl Striklendin Nassarudin İmavovla döyüş üçün müqavilə imzalamamasının səbəbi aşağı qonorar göstərilmişdi. İmavov isə məşq zalında Striklendə yaxınlaşaraq, "Müqaviləni niyə imzalamırsan? Sənin problemin nədir?" deyə soruşub.


