Kriştiano Ronaldunun 2011-ci ilin 31 avqustunda verdiyi müsahibənin fraqmenti sosial şəbəkələrdə yenidən gündəmə gəlib.

Offsideplus.az xəbər verir ki, Portuqaliya millisinin hücumçusundan həmin vaxt müdafiəçi Rikardu Karvalyonun komandanı tərk etməsi və baş məşqçi Paulu Bentu ilə yaşanan fikir ayrılığı barədə soruşublar. Ronaldunun cavabı belə olub:

"Milli komandada toxunulmaz yoxdur. Heç kimə yer zəmanət verilmir: kim daha yaxşı hazırdırsa, o da oynayacaq. Baş məşqçi daha yaxşı bilir".

Sosial şəbəkə istifadəçiləri bu sözləri Ronaldunun özü milli komandadan baş məşqçi Jorje Jezuşla yaşadığı münaqişə səbəbindən ayrıldıqdan sonra xatırlayıblar. Ronaldunun bu addımı Portuqaliyada ciddi rezonans doğurub: məsələyə baş nazir müdaxilə edib, milli komanda 2 milyon izləyici itirib və sponsorların da gedə biləcəyi riski yaranıb. Ronaldunun incikliyinin səbəbi isə Jezüşün əvvəlcədən razılaşdırılmış üzrxahlıq mətnini səsləndirməməsi olub.