UEFA prezidenti Aleksander Çeferin qurumun Berlin toplantısında növbəti müddətə namizədliyini irəli sürəcəyini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, ötən ay Kopenhagendə keçirilən Avropa Klublar Assosiasiyasının toplantısında "PSJ"nin prezidenti Nasser Əl-Xelayifi Çeferini yenidən namizəd olmağa çağırıb. Aleksander Çeferin 58 yaşındadır və 2016-cı ildən UEFA-ya rəhbərlik edir.


