Argentina millisinin yarımmüdafiəçisi Leandro Paredes milli komandadakı karyerasını başa vuran Lionel Messiyə vida mesajı ünvanlayıb.

Offsideplus.az xəbər verir ki, Paredes paylaşımında bunları qeyd edib: "Hər şey üçün təşəkkür edirəm, kapitan. Səninlə birlikdə bu uğurları qazanmaq, bu formanı və ölkəmizi sənin yanında qorumaq mənim üçün bir arzu idi. Səni darıxacağıq, həmişə darıxacağıq. Bütün bu illər ərzində sənin əsgərlərindən biri olmaq mənim üçün şərəf idi və bu, həmişə belə qalacaq. Səni sevirəm, dostum".