UFC-nin yüngül çəkidə sabiq çempionu Petr Yan federasiyanın digər ulduzu Aleks Volkanovski ilə döyüşmək niyyətində olmadığını bildirib.
Offsideplus.az xəbər verir ki, o, çəki dərəcəsini dəyişmək ehtimalını istisna etməyib, lakin Volkanovskinin onun dostu olduğunu və ona qarşı qəfəsə çıxmaq istəmədiyini vurğulayıb.
Hər iki idmançı 24 oktyabr tarixində baş tutacaq UFC 333 turnirində titul döyüşünə çıxacaq.
Yan əlavə edib ki, əgər Volkanovski yaxşı formada olarsa, Movsar Evloev üçün qarşılaşma asan olmayacaq: "Evloev ya tabe etməli, ya da nokaut etməlidir".


