"Real Madrid"in soyunma otağında vəziyyət gərginləşib.

Offsideplus.az xəbər verir ki, bu barədə İspaniyanın "Cadena SER" radiosu məlumat yayıb. Mənbənin iddiasına görə, komandada atmosfer son 5 aydır kifayət qədər soyuqdur.

Hətta iki futbolçu arasında qalmaqal yaşanıb və onlar əlbəyaxa olublar. İnsidentdə kimlərin iştirak etdiyi hələlik açıqlanmır.

Bildirilir ki, Kilian Mbappe ətrafında yaşanan gərginlik də komandadakı ümumi mühitə mənfi təsir edir.

Bu vəziyyət oktyabr ayının vacib oyunları öncəsi Madrid təmsilçisi üçün əlavə problem yaradır.