"Sabah" Çempionlar Liqasındakı ikinci ev oyun üçün biletləri satışa çıxarıb. 

Offsideplus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakı Olimpiya stadionunda keçiriləcək "Sabah" - “Borussiya” (Dortmund) matçına biletləri artıq İticket.az saytından almaq mümkündür. 

Matç 20 oktyabr, saat 20:45-də baş tutacaq. 

Qeyd edək ki, 13 oktyabrda keçiriləcək "Sabah" - "Slaviya" (Praqa) oyununun biletləri hazırda satışdadır. Biletlərin qiymətinin daha ucuz olduğu bu oyuna artıq 45 000-dən çox bilet satılıb.