“Real Madrid”in yarımmüdafiəçisi Aurelien Çuameni “Qızıl Top” mükafatı ilə bağlı fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, fransalı futbolçu Kilian Mbappenin mükafata layiq olduğunu bildirib və onun mövsüm ərzində yüksək səviyyədə çıxış etdiyini qeyd edib.

Çuameni həmçinin Usman Dembelenin PSJ-dəki performansını və Maykl Olisenin çıxışını vurğulayıb:

“Mbappe, əlbəttə, buna layiqdir. O, inanılmaz mövsüm keçirdi. Usman PSJ ilə əla çıxış etdi, Olise də həmçinin. "Qızıl Top" fransız futbolçuya verilməlidir”.