Demian Lillard uzun fasilədən sonra ilk dəfə meydana çıxıb. "Portlend"in "Qolden Steyt" üzərində qazandığı 123:118 hesablı yoxlama oyununda təcrübəli müdafiəçi 19 dəqiqə 15 saniyə meydanda olub və 15 xal toplayıb.

Offsideplus.az xəbər verir ki, Lillard 11 atışdan 5-ni dəqiq yerinə yetirib, üçxallıq cəhdlərdən 8-də 3 dəfə fərqlənib və cərimə atışlarının hər ikisini dəqiq yerinə yetirib. Onun aktivində həmçinin 1 ribaund, 1 assist, 2 top oğurlama və 1 top itirmə də var. 36 yaşlı basketbolçu ötən ilin aprelindən bəri ilk dəfə rəsmi matçda iştirak edib.