Merab Dvalişvilinin və Alcemeyn Sterlinqin məşqçisi Rey Lonqo Aleks Pereyranın ağır çəkidə çıxışları barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Lonqo Pereyranın güclü döyüşçü olduğunu, lakin bəzi zəif cəhətlərinin də olduğunu bildirib: "Mən Aleksi çox bəyənirəm, onu döyüşçü kimi sevirəm, amma obyektiv olmaq lazımdır. Onun Gana qarşı revanşda qalib gələcəyinə inandıran heç nə görmədim. Ölçü, hərəkət fərqi var... Pereyranın gücü var, amma o, əllərini aşağı salaraq döyüşməyi sevir. Zərbə almağı və cavab verməyi xoşlayır. Amma bu çəki dərəcəsindəki döyüşçülər çox böyükdür. Sergeyə qarşı döyüşünün necə keçəcəyini görəcəyik. Fikrimcə, bu qarşılaşma Pereyra üçün çox çətin olacaq. Düşünmürəm ki, o, bu döyüşçülərdən zərbə almağa imkan verə bilər".

Aleks Pereyra 13 dekabrda UFC 335 turnirində Sergey Pavloviçə qarşı döyüşəcək.