UFC-nin keçmiş müvəqqəti çempionu Kolbi Kovinqton hesab edir ki, İslam Maxaçev titul döyüşündə Karlos Prates üzərində asanlıqla qələbə qazanacaq.
Offsideplus.az xəbər verir ki, o, bu barədə bunları söyləyib:
"Pratesin İslamı məğlub etmək şansı varmı? Heç bir şansı yoxdur. Karlosun ona qarşı heç nəyi yoxdur. O, sadəcə zərbəçidir. Bu, Maxaçevin karyerasında ən asan döyüş olacaq. Düşünürəm ki, İslam onu yerə salacaq və ya kimura, ya da qol ilə boğma fəndi tətbiq edəcək".
Qeyd edək ki, K. Prates daha əvvəl İslam Maxaçevə qarşı döyüşün yanvarda baş tutacağını bildirmişdi.


