Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan 5-ci medalını qazanıb.
Offsideplus.az xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan Murad Fətiyev üçüncü yer uğrunda görüşdə serbiyalı Nemanya Maydova qalib gələrək bürünc medala sahib çıxıb.
Bu gün mübarizəyə qoşulan digər cüdoçularımız – Südabə Ağayeva (70 kq), Elcan Hacıyev və Süleyman Şükürov (hər ikisi 90 kq) erkən mərhələlərdə məğlub olaraq yarışı medalsız başa vurublar.
Milli Gimnastika Arenasında təşkil olunan dunya çempionatı oktyabrın 11-də yekunlaşacaq.
Qeyd edək ki, hazırda millimizin aktivində 5 medal var. Daha əvvəl Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) isə bürünc medal qazanıblar.


