“Mançester Siti”nin hücumçusu Erlinq Haaland Premyer Liqanın klubla bağlı qərarından sonra komandanın futbolçularını, məşqçi heyətini və azarkeşləri birlik olmağa çağırıb.

Offsideplus.az xəbər verir ki, norveçli forvard “Siti” azarkeşlərinə gülümsəməyə davam etməyi və komanda ilə birlikdə qalmağı tövsiyə edib.

Haalandın bu açıqlaması müstəqil komissiyanın qərarından sonra “Mançester Siti”nin futbolçuları arasında ilk ictimai reaksiya olub.

O, komandanın bazar günü “Liverpul”la “Enfild”də keçirəcəyi oyundan əvvəl birlik mesajı verib.