“San Dieqo” yanvar transfer pəncərəsində “Napoli”nin yarımmüdafiəçisi Kevin De Bruyne-ni transfer etmək üçün danışıqları yenidən başladıb.

Offsideplus.az xəbər verir ki, “Napoli” futbolçunun müqaviləsində nəzərdə tutulan 1 illik uzatma bəndindən istifadə etməmək qərarına gəlib. Beləliklə, De Bruyne-nin hazırkı müqaviləsi 2027-ci ilin iyununda başa çatacaq.

Futbolçunun nümayəndələri noyabrda keçiriləcək milli komandaların oyunları ilə əlaqədar fasilə zamanı “San Dieqo” rəsmiləri ilə üz-üzə görüş keçirəcək.