Argentinanın əfsanəvi mərhum futbolçusu Dieqo Maradonanın ölümü ilə bağlı davam edən məhkəmə prosesində səkkiz tibb işçisindən ibarət qrup üçün ciddi həbs cəzaları tələb olunur.
Offsideplus.az xəbər verir ki, Prokurorluq Maradonanın ölümündə səhlənkarlığa yol verməkdə ittiham olunan tibb işçiləri üçün 4 ildən 11 və ya 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası istəyir.
Xatırladaq ki, futbol əfsanəsi 2020-ci ilin noyabr ayında ürəktutmasından vəfat etmişdi. İstintaq onun evdəki müalicə prosesində lazımi tibbi nəzarətin təmin edilmədiyini və ciddi səhvlərə yol verildiyini iddia edir.


