"Bavariya"nın ulduz futbolçusu Maykl Olise gələcəyi ilə bağlı diqqətçəkən mövqe sərgiləyib.
Offsideplus.az xəbər verir ki, fransalı cinah oyunçusu hesab edir ki, Münhen təmsilçisini tərk etməsi üçün yalnız bir real variant mövcuddur: "Real Madrid".
Transfer ehtimalı nədən asılıdır?
- "Real Madrid"in addımı: Əgər Madrid klubu yaxın gələcəkdə rəsmi şəkildə təkliflə çıxış etməsə, Olisenin karyerasını Almaniyada davam etdirəcəyi və hətta "Bavariya" ilə müqaviləsini uzada biləcəyi gözlənilir.t
- Mövcud durum: Olise Almaniya nəhənginin heyətində göstərdiyi parlaq oyunla Avropanın aparıcı klublarının diqqətini çəkməyə davam edir, lakin onun prioritetinin məhz "Kral klubu" olduğu bildirilir.


