“İki komanda da liderlərdəndir. Öz iddiaları var”

Bu sözləri “Neftçi” - “Sabah” oyunu haqqında Offsideplus.az-a danışan Mahmud Qurbanov deyib.

“Çox maraqlı və prinsipial oyun olacaq. Milli fasilə oyunun daha baxımlı olmasına problem yarada bilər. Hər iki komandanın heyətində yığmalarda oynayan futbolçular var. Bunun sağlam rəqabət və prinsipiallığa təsiri olmayacaq. İki komanda da liderlərdəndir. Öz iddiaları var. “Neftçi” həmişə iddialı olub, “Sabah” da son illərdə oyun və nəticə baxımından göz oxşayır. Ölkəmizi ÇL-də təmsil edir. “Ağ-qaralar”ın da oyun dəsti-xətti var. Çox baxımlı oyuna şahidlik edəcəyik”.

Qeyd edək ki, qarşılaşma 19:30-da “Neftçi Arena”da start götürəcək.