UFC-nin tanınmış veteranı Xorxe Masvidal təşkilatın Şon Striklendə istədiyi məbləği ödəməli olduğunu bildirib. O, UFC-nin illik gəlirinin 1,3 milyard dollar olduğunu xatırladaraq, Striklend kimi döyüşçülərin daha yüksək qonorar almasının vacibliyini vurğulayıb.

Offsideplus.az xəbər verir ki, Masvidal bu barədə belə danışıb: "Bu vəziyyəti eşitmək mənə xoş deyil. UFC yaxşı vəziyyətdədir, şirkət ildə 1,3 milyard dollar qazanır. Niyə bu oğlana [Striklendə] pul ödəyə bilmirsiniz? Ola bilsin, o, şirkətdə ən böyük ulduz deyil, amma mütləq ilk üçlükdədir. O, çox mübahisəli və maraqlı bir şəxsiyyətdir. Hazırda UFC çempionudur. Niyə qonorarından narazıdır? Mən həmişə döyüşçülərin tərəfində olacağam. UFC, bu idmançılara daha çox pul ödəyin. Onlar heç vaxt Ceyk Pol kimi boksçularla döyüşmək barədə düşünməməlidirlər".

Qeyd edək ki, Şon Striklendlə Nassurdin İmavov arasında döyüşün 2027-ci ilin yanvarında baş tutacağı planlaşdırılır. Hazırda Striklend döyüş üçün təklif olunan qonorarla razılaşmır.