UFC-nin keçmiş iki çəki dərəcəsində çempionu Aleks Pereyra boksda çıxış etmə ehtimalının az olduğunu bildirib. Braziliyalı döyüşçü hazırda UFC ilə müqaviləsində yeddi döyüşünün qaldığını və 39 yaşında olduğunu vurğulayıb. "Boksa keçid? Mənim UFC ilə yeddi döyüşüm qalıb. Artıq 39 yaşım var, bu, demək olar ki, mümkünsüzdür", – deyə Pereyra qeyd edib.
Offsideplus.az xəbər verir ki, Aleks Pereyra növbəti döyüşünü 13 dekabrda UFC 335 turnirində Sergey Pavloviçə qarşı keçirəcək. Merab Dvalişvilinin məşqçisi Pereyra barədə danışarkən onun güclü zərbələrə malik olduğunu, lakin tez-tez əllərini aşağı saldığını və rəqibdən zərbə almağı sevdiyini bildirib. Məşqçi əlavə edib ki, ağır çəki döyüşçüləri çox böyük və təhlükəlidirlər.


