"Bayern Münhen"in baş məşqçisi Vensan Kompani Almaniya Bundesliqasının V turunda "Auqsburq"a qarşı keçirəcəkləri səfər matçı barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, belçikalı mütəxəssis rəqibin gücünü xüsusi vurğulayıb:

"Bu, çox vacib matçdır. Ötən mövsüm Bundesliqada yalnız bir dəfə uduzmuşduq – məhz "Auqsburq"a. Üstəlik, bu, səfərdə keçiriləcək derbi qarşılaşmasıdır. Rəqib çox kompakt oynamağı və topla təhlükəli hücumlar təşkil etməyi bacarır.

Heyətlərində gözləniləndən daha çox güclü fərdi oyunçular var və mövsümə də parlaq start veriblər. Azarkeşlər kimi biz də bu derbini səbirsizliklə gözləyirik".

"Bayern Münhen" hazırda 10 xalla Bundesliqada 2-ci yerdədir. "Auqsburq" isə turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Onlar dörd oyuna yeddi xal toplamağı bacarıb.