Yannis Antetokunmpo gənc basketbolçularla görüşdə özünü basketbol tarixinin ən yaxşıları sırasında gördüyünü bildirib. Ulduz forvard hazırda Top-20-də olduğunu, lakin məqsədinin ilk onluğa daxil olmaq olduğunu vurğulayıb.

Offsideplus.az xəbər verir ki, Antetokunmpo çıxışında bunları deyib: "Mən heç vaxt ən yaxşı oyunçu olmamışam. Dreftdə yüksək pillədə seçilməmişəm. Debütant kimi ən yaxşı olmamışam. Amma sizə bir şeyi deyə bilərəm: artıq basketbol tarixinin ən yaxşı 20 oyunçusundan biriyəm... və onluğa düşmək niyyətindəyəm. Əsas olan yolun özüdür. Hər gün necə daha yaxşı ola bilərsiniz? Necə yatırsınız, necə yeriyirsiniz, necə nəfəs alırsınız... hər sahədə necə inkişaf edə bilərsiniz?"

Qeyd edək ki, daha əvvəl "Mayami Hit"in baş məşqçisi Erik Spoelstra Antetokunmponu əfsanəvi Medcik Consonla müqayisə edib.