Bu gün Misli Premyer Liqasında VII turun mərkəzi qarşılaşması baş tutacaq. Turnir cədvəlinin zirvəsini bölüşən və hərəyə 15 xalı olan liderlər – "Neftçi" ilə "Sabah" üz-üzə gələcək.

Bəs iki komanda arasındakı prinsipial matç öncəsi zədəli və cəzalı futbolçuların durumu necədir? Klubların mətbuat katibləri məsələ ilə bağlı Offsideplus.az-a açıqlama veriblər.

Açıklamaya əsasən, "Neftçi"nin heyətində hər hansı zədəli və ya cəzalı oyunçu yoxdur – flaqman matça tam heyətlə çıxacaq. "Sabah"da isə bir müddətdir sıradan çıxan Stiv Solvet və Xəyal Əliyev bu qarşılaşmanı da buraxmalı olacaqlar.

Qeyd edək ki, saat 19:30-da start götürəcək "Neftçi" – "Sabah" oyunu "Neftçi Arena"da keçiriləcək.