Keçmiş "Selta" yarımmüdafiəçisi Aleksandr Mostovoy Kriştiano Ronaldunun baş məşqçi Jorje Jezuşla yaşadığı mübahisədə portuqaliyalı ulduzun tərəfini tutub.

Offsideplus.az xəbər verir ki, Mostovoy Ronaldunun Portuqaliya millisindəki vəziyyətinə münasibət bildirib. O qeyd edib ki, məşqçi Ronaldunu Norveçlə oyunda əvəzetmə üçün meydançaya buraxacağına söz versə də, sonda bunu etməyib. "Ronaldu Messidən heç də geri qalmayan böyük futbolçudur. İnanın, Kriştiano karyerasını bitirəndə də bir çoxları göz yaşı tökəcək. Onun Portuqaliya millisinin baş məşqçisi ilə şəxsi anlaşılmazlığı var və bu məsələdə haqlıdır. Mən tamamilə Ronaldunun tərəfindəyəm. Məşqçi ona 'sən meydana çıxacaqsan' deyib, amma sözünü tutmayıb. Ronaldunun Portuqaliya və dünya üçün kim olduğunu hamı bilir. Bəs Jezuş kimdir? Ronaldudan əvvəl onu heç kim tanımırdı. Futbolda heç bir uğuru olmayan, amma bizim hesabımıza karyera quran insanları tez-tez görürəm. Bu məni çox narahat edir. Bəzən elə olur ki, belə adamlara qarşı sərt reaksiya vermək istəyirsən (gülür). Ola bilsin, bir gün belə də edərəm, əgər kimsə bu cür insanlara qarşı yenə nəsə desə (gülür)", – deyə Mostovoy bildirib.