"Barselona"nın baş məşqçisi Hansi Flik komandanın braziliyalı ulduzu Rafinyanın zədə durumu ilə bağlı məlumat verib.

Offsideplus.az xəbər verir ki, almaniyalı mütəxəssis hücumçunun qarşıdakı vacib matçları buraxacağını təsdiqləyib:

"Rafinya La Liqada "Xetafe" və Çempionlar Liqasında "Qalatasaray"la keçiriləcək qarşılaşmalarda forma geyinə bilməyəcək".

Qeyd edək ki, Rafinya cari mövsüm meydanda olduğu 8 oyunda 14 qol vurmağı bacarıb.