LeBron Ceyms "Filadelfiya Seventi Siksers"də yeni komanda yoldaşı olan Deyn Ueydin çıxışını yüksək qiymətləndirib. Ueyd yay fasiləsində "Siksers"ə qoşulub və 39 milyon dollar dəyərində 4 illik müqavilə imzalayıb.

Offsideplus.az xəbər verir ki, LeBron Ceyms bu barədə belə deyib: "O, planetin istənilən basketbol komandasına uyğunlaşa bilər. Belə oyunçular mütləq heyətdə olmalıdır". Hazırlıq oyununda "Bruklin Nets"ə qarşı keçirilən görüşdə Ueyd 15,5 dəqiqəyə 7 xal və 4 ribaundla yadda qalıb. O, meydançadan etdiyi iki atışın hər ikisini dəqiq yerinə yetirib. "Siksers" həmin qarşılaşmada 108:114 hesabı ilə uduzub.