"Real Madrid"in baş məşqçisi Joze Mourinyo Kilian Mbappenin milli oyunlar fasiləsindəki davranışına görə azarkeşlər tərəfindən fitə basıla biləcəyi ilə bağlı suala cavab verib.

Offsideplus.az xəbər verir ki, Mourinyo bu barədə belə danışıb: "Əgər belə bir hal baş versə, bu, jurnalistlərin qələbəsi olacaq. Konkret kimisə göstərmək istəmirəm. Son həftələrdə futbol dünyasında kifayət qədər səs-küylü hadisələr yaşandı. Amma görünür, sizə hələ də azdır. Nə "Mançester Siti" ilə bağlı vəziyyət, nə də ölkəmdə Kriştiano Ronaldu və onun məşqçisi ətrafında yaranan ab-hava sizə kifayət etmədi. Bu qədər hadisə baş verdi, amma sizə yenə də az gəldi. "Real Madrid" elə bir klubdur ki, burada daim nəsə baş verir. Kilianla bağlı sualın ilk olacağını gözləyirdim. Onun ətrafında yaradılan bu səs-küy mənə mənasız gəlir".

Mourinyo əlavə edib ki, Mbappe klub deyil, Parisdə keçirilən özəl tədbirin təşkil olunduğu məşhur bir məkana baş çəkib və oteldə ona spa zonasına getmək üçün velosiped verilib.