Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət millisi Bakıda təlim-məşq toplanışı keçirəcək.

Offsideplus.az xəbər verir ki, milli oktyabrın 16-dan 18-dək Dalğa Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək.

U-15 yığması oktyabrın 19-dan 27-dək Maltada təşkil olunacaq UEFA İnkişaf Turnirində iştirak edəcək.